Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq

Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq
31.07.2026 07:44 Cəmiyyət

İyulun 31-də Bakının Lökbatan, Qobu qəsəbələrində, həmçinin Nizami rayonunun bir sıra küçələrində qaz təchizatı müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bu barədə TodayPress TV-yə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması səbəbindən sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Lökbatan qəsəbəsinə bütünlüklə, Qobu qəsəbəsinin müəyyən hissəsinə, eləcə də Nizami rayonunun R. Rüstəmov, E. Süleymanov, Q. Qarayev və C. Naxçıvanski küçələrinə verilən qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

XƏBƏR LENTİ
31 IYUL 2026
Bütün Xəbərlər