Dövlət Xidmətində qanvermə aksiyası keçirildi

Dövlət Xidmətində qanvermə aksiyası keçirildi
18.12.2025 10:39 Cəmiyyət

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Səhiyyə Nazirliyinin tabeliyində olan "Respublika Qan Bankı" ilə birgə qanvermə aksiyası təşkil edib.

TodayPress TV xəbər verir ki, "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində keçirilən könüllü qanvermə aksiyasında Dövlət Xidmətinin əməkdaşları iştirak edib.

Aksiya zamanı Qan Bankının tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlıq vəziyyəti müayinə edildikdən sonra qan analizi götürülüb. Toplanan qan ehtiyatı talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, "Talassemiyasız həyat naminə" proqramı Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılıb və mütəmadi olaraq ölkə üzrə könüllü qanvermə aksiyaları təşkil edilir.

TodayPress TV

FOTOLAR

Dövlət Xidmətində qanvermə aksiyası keçirildi — 1
Dövlət Xidmətində qanvermə aksiyası keçirildi — 2
Dövlət Xidmətində qanvermə aksiyası keçirildi — 3
Dövlət Xidmətində qanvermə aksiyası keçirildi — 4
Dövlət Xidmətində qanvermə aksiyası keçirildi — 5
Dövlət Xidmətində qanvermə aksiyası keçirildi — 6
Dövlət Xidmətində qanvermə aksiyası keçirildi — 7
Dövlət Xidmətində qanvermə aksiyası keçirildi — 8
Dövlət Xidmətində qanvermə aksiyası keçirildi — 9
XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər