Daha bir avtomobil yolunun tikinti layihəsinin 51 %-i icra edildi

Daha bir avtomobil yolunun tikinti layihəsinin 51 %-i icra edildi
04.09.2025 12:41 Cəmiyyət

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-ni icra edib. 

TodayPress TV agentliyə istinadən xəbər verir ki, layihə ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq icra olunur. 

Uzunluğu 29 kilometr olan avtomobil yolu 1B texniki dərəcəli və 6 hərəkət zolaqlı olmaqla inşa edilir.

Layihə çərçivəsində 9 yol qovşağı, 13 yol ötürücüsü, 1 kanal körpüsü və 2 açıq-qapalı tunel tipli yol ötürücüsünün tikintisi nəzərdə tutulub.

Hazırda 4 körpü üzrə işlərin 90%-i, 1 körpü üzrə 80%-i, 2 qovşaq körpüsü üzrə 76%-i, 1 qovşaq körpüsü üzrə 45%-i,  1 qovşaq körpüsü üzrə isə 5%-i, 1 tunel tipli yol ötürücüsünün tikintisi üzrə 85%-i yerinə yetirilib. 

Eyni zamanda, yolun 3-cü və 19.5-ci km-lik hissəsində yerüstü piyada keçidlərinin tikintisi işləri davam etdirilir.

Layihə üzrə həmçinin 12 ədəd düzbucaqlı keçidin, 28 ədəd dairəvi və müxtəlif diametrli borunun, drenaj quyularının, müxtəlif ölçülü drenaj borularının, eləcə də yol boyunca ehtiyat keçid borularının quraşdırılması işləri aparılır.

Hazırda yolun tikintisi altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin bir hissəsinin söküntüsü, kommunikasiya xətlərinin köçürülməsi və digər zəruri tədbirlər həyata keçirilir.

Bundan başqa, layihə boyu 9 km-lik hissədə torpaq yatağının tikintisi (qazma, tökmə, yararsız qruntun yararlı materialla əvəzlənməsi), 7 km-lik hissədə yol geyiminin alt və üst laylarının tikintisi, asfalt-beton örtüyünün döşənməsi və çiyinlərin bərkidilməsi işləri tamamlanıb.

Eyni zamanda yolun km 22.3–28.9-cu hissəsində, Ceyranbatan su anbarı ərazisində təqribən 1 km torpaq yatağının tikintisi, M-1 avtomobil yolunun üzərində körpü, həmçinin avtomobil yolunun Xırdalan şəhəri ilə birləşən hissəsində yol ötürücüsünün tikintisi üzrə işlər də aparılır.

Yeni avtomobil yolunun inşası, Abşeron yarımadasının şimal-şərq hissəsində yerləşən yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan, Bakı-Quba–Rusiya ilə dövlət sərhədi avtomobil yolu vasitəsilə şimal bölgəsi ilə, həmçinin Bakı–Şamaxı–Yevlax avtomobil yolu vasitəsilə respublikamızın qərb bölgəsi ilə rahat və səmərəli nəqliyyat əlaqəsinin qurulmasına imkan yaradacaq.

TodayPress TV

FOTOLAR

Daha bir avtomobil yolunun tikinti layihəsinin 51 %-i icra edildi — 1
Daha bir avtomobil yolunun tikinti layihəsinin 51 %-i icra edildi — 2
Daha bir avtomobil yolunun tikinti layihəsinin 51 %-i icra edildi — 3
Daha bir avtomobil yolunun tikinti layihəsinin 51 %-i icra edildi — 4
Daha bir avtomobil yolunun tikinti layihəsinin 51 %-i icra edildi — 5
Daha bir avtomobil yolunun tikinti layihəsinin 51 %-i icra edildi — 6
Daha bir avtomobil yolunun tikinti layihəsinin 51 %-i icra edildi — 7
Daha bir avtomobil yolunun tikinti layihəsinin 51 %-i icra edildi — 8
Daha bir avtomobil yolunun tikinti layihəsinin 51 %-i icra edildi — 9
XƏBƏR LENTİ
31 MAY 2026
AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 Bütün Xəbərlər