ÇıxarışIarın verilməsi ilə bağlı bütün detallar - VİDEO
Cəmiyyət
11.12.2025 10:57
Daşınmaz əmlakın dövlət reyestri xidməti haqqında qanunda edilən dəyişikliklər artıq təsdiq edilib.
Yeniliklərdən xəbəri olmayan əmlak sahibləri çıxarışla bağlı bir çox maneələrlə üzləşirlər.
Hazırda paytaxt və Abşeron ərazisində 100 minlərlə çıxarış ala bilməyən fərdi yaşayış və torpaq sahibləri var.
Bəs onlar çıxarışlarını necə əldə edə bilərlər?
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Today Press TV-yə danışıb.
O bildirib ki, bələdiyyə torpağını əldə edən vətəndaş əmlakı ilə bağlı müraciət etməyibsə, sənədləri ilə bağlı problem yarana bilər.
Ekspert onu da qeyd edir ki,vətəndaş bir əmlakda 30 ildən artıq yaşayır və istifadə edirsə, bu illər ərzində həmin əmlakla bağlı iddia edən tərəf olmadıqda məhkəmə qaydası ilə çıxarışlar alması da mümkündür.
Ətraflı süjetdə:
Vüsalə Nəciyeva
tag: Elnur Fərzəliyev,Ekspert,Çıxarış,Detallar,Todaypress.tv,
