Binəqədidə avtomobillər səkiləri ZƏBT EDİB – ŞİKAYƏT

Binəqədidə avtomobillər səkiləri ZƏBT EDİB – ŞİKAYƏT
26.02.2026 13:47 Cəmiyyət

Binəqədi rayonu 9-cu mikrorayon Mircəlal Əliyev küçəsi 41 ünvanında yaşayan sakinlər tərəfindən TodayPress TV-nin redaksiyasına şikayət daxil olub.

Sakinlər bildiriblər ki, sözügedən küçədə avtomobillər piyadalar üçün nəzərdə tutulmuş səkiləri zəbt ediblər. 

Bu səbəbdən ərazidə həm uşaqlar, həm də böyüklər, xüsusilə də yaxınlıqdakı ərazidə yerləşən 26 nömrəli musiqi məktəbində təhsil alan şagirdlər üçün ciddi risk yaranıb. 

Səkidə hərəkət məhdudlaşdığından məktəblilər hərəkət edərkən yolun ortasından keçməyə məcbur olurlar.  

"Əgər uşaqlardan birini maşın vursa, kim cavab verəcək?" - deyə şikayətdə bidirilib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər