Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər

Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər
31.07.2026 10:42 Cəmiyyət

Azərbaycanda həkimlər ağır cərrahi əməliyyatla qopmuş qolu bərpa ediblər.

TodayPress TV "Qafqazinfo"ya istinadən xəbər verir ki, 29 yaşlı qızın sol qolu ağır yol-nəqliyyat hadisəsi nəticəsində travmatik amputasiya olunub.

O, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə təxliyə edilib və əməliyyat olunub.

Əməliyyatdan sonra bərpa olunan damarlarda qan dövranı təmin edilib, ətrafda normal isinmə müşahidə olunub və nəticə olaraq xəstənin bilək və barmaqlarında hərəkət funksiyası bərpa edilib.

XƏBƏR LENTİ
31 IYUL 2026
Bütün Xəbərlər