Azərbaycanda ƏT BAHALAŞDI - Bayramqabağı...

Cəmiyyət

25.02.2026 15:40

"Bayramqabağı ətin qiymətində artım müşahidə olunur". 

Bu sözləri TodayPress TV-yə açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.


Onun sözlərinə görə, bu, tələbin çoxalması ilə əlaqədardır, çünki insanlar bayram öncəsi daha çox ət alırlar:

"Qiymət dəyişiklikləri həm mal əti, həm də toyuq əti üçün ola bilər, lakin ən çox təsir mal ətində hiss olunur. Bəzi hallarda istehsal və nəqliyyat xərclərinin artması da qiymətləri yuxarı çəkə bilər". 

İqtisadçı əlavə edib ki, əgər bazarda kifayət qədər təklif varsa, artım daha yumşaq olur, lakin əks halda bahalaşma daha sürətli ola bilər:

"İstehlakçılar üçün tövsiyə olunur ki, bayram öncəsi alış-veriş planlarını qabaqcadan tənzimləsinlər ki, qiymət artımından daha az təsirlənsinlər", - deyə o, fikrini tamamlayıb.

Qeyd edək ki, martın 20, 21, 22, 23 və  24-də Novruz, martın 20, 21-də isə Ramazan bayramıdır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Akif Nəsirli,Sədr,Ət,Bahalaşma,Todaypress.tv,