Azərbaycan və ABŞ TRIPP layihəsini müzakirə etdi
Cəmiyyət
10.12.2025 11:46
Azərbaycan və ABŞ arasında Orta Dəhliz və Zəngəzur dəhlizinin inkişafı, eləcə də TRIPP layihəsinin qısa zamanda istifadəyə verilməsi müzakirə edilib.
TodayPress TV xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
"ABŞ-yə səfər çərçivəsində ABŞ Ticarət Departamenti katibinin müavinləri Vilyam Kimmitt və Ceffri Kessler ilə görüşdük. İki ölkə arasında əməkdaşlıq perspektivlərini müzakirə etdik, Azərbaycanda investisiya üçün əlverişli mühit olduğunu vurğuladıq. Qarşı tərəf ABŞ istehsalı olan rəqəmsal məhsulların Azərbaycana ixracında mövcud çətinliklərin aradan qaldırılmasına dəstək göstərməyə hazır olduğunu bildirdi", – deyə nazir qeyd edib.
R.Nəbiyev görüşdə həmçinin rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsinin aparıldığını bildirib.
tag: Azərbaycan,ABŞ,TRİPP,Müzakirə,Todaypress.tv,
