Astarada elektrik enerjisinin verilişində fasilə yaranacaq

Astarada elektrik enerjisinin verilişində fasilə yaranacaq
18.12.2025 10:20 Cəmiyyət

Bu gün Astara Elektrik Şəbəkəsinin (EŞ) 110/35/10 kV-luq "Astara" yarımstansiyasından çıxan 35 kV-luq "Lovayın" hava xəttində təmir işləri aparılacaq.

Bu barədə TodayPress TV-yə "Azərişıq" ASC-dən məlumat verilib.

Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-a qədər rayonun Hamoşam, Kakalos, Qamışoba, Lovayın, Maşxan, Pensər, Siyaku, Şahağac, Şəmətük, Şiyəkəran, Təngərud, Toradi kəndlərində, Kijəbə qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər