“Ana harayı”na insan axını davam edir
Cəmiyyət
26.02.2026 14:16
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsinə insan axını səhər saatlarından başlayaraq davam edir.
TodayPress TV xəbər verir ki, paytaxt sakinləri ilə yanaşı, icra hakimiyyətlərinin, bələdiyyələrin, dövlət qurumlarının, siyasi partiyaların nümayəndələri, ictimai təşkilatlar, şəhid ailələri və gənclər fevralın 26-da abidəni ziyarət edərək Xocalı qurbanlarının xatirəsini ehtiramla yad edirlər.
Ziyarət səhər saatlarından etibarən başlayıb və gün ərzində davam edir. Abidə önünə gül dəstələri düzülür, faciə qurbanlarının ruhuna dualar oxunur, Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılır.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən qətliam nəticəsində 613 nəfər dinc sakin vəhşicəsinə qətlə yetirilib.
Qiymət Mahir
tag: Ana harayı,Xocalı,Soyqırım,Ziyarət,Todaypress.tv,
