26 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
Daha 26 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirilib.
TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev "X" hesabında paylaşım edib.
Bildirilib ki, Ukrayna müdafiəçilərinin övladları olan 26 uşaq Azərbaycanda peşəkar tibbi-psixoloji dəstək və reabilitasiya proqramından keçəcək.
Qeyd edilib ki, 2022-ci ildən bu günədək ümumilikdə 498 ukraynalı uşaq Azərbaycanda istirahət və bərpa imkanından yararlanıb.
Ukrayna tərəfi göstərilən həmrəylik və dəstəyə görə Azərbaycana təşəkkür edib.