Uqanda Dövlət Prokurorluğunun direktoru Azərbaycanda səfərdədir

Uqanda Dövlət Prokurorluğunun direktoru Azərbaycanda səfərdədir
20.09.2025 12:49 Xarici siyasət

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi və institusional islahatlar, xüsusilə şəffaflıq, hesabatlılıq və korrupsiyaya qarşı mübarizə sahəsində atılan məqsədyönlü addımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu kontekstdə Azərbaycan Prokurorluğu beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsinin təşviqi istiqamətində fəal siyasət həyata keçirir.

TodayPress TV xəbər verir ki, bu çərçivədə, Uqanda Respublikasının Dövlət prokurorluğunun direktoru Odumbi Ceyms Overin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Sentyabrın 20-də Baş prokuror Kamran Əliyev Odumbi Ceyms Overin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə Azərbaycan ilə Uqanda arasında qarşılıqlı dəstək və müxtəlif sahələrdə, o cümlədən hüquqi əməkdaşlıqla bağlı möhkəmlənən yüksək səviyyəli tərəfdaşlıq münasibətləri xüsusilə vurğulanıb. 

Azərbaycanın “ASAN xidmət” modelinin Uqandada uğurla tətbiqindən söz açan Baş prokuror Kamran Əliyev Qoşulmama Hərəkatı (QH) çərçivəsində ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlığın mövcudluğunu vurğulayıb. 

Bundan başqa, Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi və təşəbbüskarlığı ilə ölkəmizin QH-nin son sədri kimi Uqanda ilə Hərəkatın prinsiplərinin təşviqində sıx əməkdaşlıq etdiyini qeyd edib, eləcə də hazırda Uqandanın QH-ın sədri olduğu dövrdə də bu əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib. 

Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Odumbi Ceyms Over təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edərək, iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib.

Sonda Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Uqanda Respublikasının Baş Prokurorluğu arasında Anlaşma Memorandumu imzalanıb.

Tərəflər imzalanmış Anlaşma Memorandumunun institusional münasibətlərdə tarixi mərhələ təşkil etdiyini vurğulayaraq Anlaşma Memorandumunun prokurorluqlar arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliklərini ifadə edib.

Qonaqlar, həmçinin Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub, onlara prokurorluğun fəaliyyəti ilə bağlı eksponatlar barədə ətraflı məlumat verilib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

TodayPress TV

FOTOLAR

Uqanda Dövlət Prokurorluğunun direktoru Azərbaycanda səfərdədir — 1
Uqanda Dövlət Prokurorluğunun direktoru Azərbaycanda səfərdədir — 2
Uqanda Dövlət Prokurorluğunun direktoru Azərbaycanda səfərdədir — 3
Uqanda Dövlət Prokurorluğunun direktoru Azərbaycanda səfərdədir — 4
Uqanda Dövlət Prokurorluğunun direktoru Azərbaycanda səfərdədir — 5
Uqanda Dövlət Prokurorluğunun direktoru Azərbaycanda səfərdədir — 6
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər