Türkmənistan Azərbaycanın hədiyyəsini belə qarşıladı - VİDEO

Türkmənistan Azərbaycanın hədiyyəsini belə qarşıladı - VİDEO
30.06.2026 20:40 Xarici siyasət

Bakı Gəmiqayırma Zavodunda inşa edilən və Azərbaycanın Türkmənistana hədiyyə etdiyi “Dostluq” neftdaşıyan tankeri Türkmənbaşı limanına çatıb.

TodayPress TV xəbər verir ki, gəminin və ekipajın qarşılanması münasibətilə limanda rəsmi şəxslərin, liman əməkdaşlarının, gənclərin iştirakı ilə bayram tədbiri və konsert proqramı təşkil olunub.

Tanker Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Bakıya rəsmi səfəri zamanı təqdim edilib və Azərbaycan-Türkmənistan arasında iqtisadi, eləcə də mədəni əlaqələrin yeni rəmzi hesab olunur.

Müasir təhlükəsizlik və ekoloji standartlara uyğun inşa edilən gəminin uzunluğu 141 metr, eni 17 metr, yükgötürmə qabiliyyəti isə təxminən 8 min tondur.

“Dostluq” adı həm iki xalq arasındakı münasibətləri, həm də Xəzərdəki eyniadlı birgə karbohidrogen yatağını ifadə edir. Xam neft və neft məhsullarının daşınması üçün nəzərdə tutulan tanker yaxın günlərdə ilk kommersiya reyslərinə başlayaraq regionun nəqliyyat-tranzit dəhlizlərinin inkişafına töhfə verəcək.

XƏBƏR LENTİ
30 IYUN 2026
Bütün Xəbərlər