Slovakiya səfirinin diplomatik fəaliyyəti başa çatdı

Slovakiya səfirinin diplomatik fəaliyyəti başa çatdı
25.07.2025 18:12 Xarici siyasət

25 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Milan Layçakı ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Bu barədə XİN-dən TodayPress TV-yə verilən məlumata görə, görüşdə Azərbaycan-Slovakiya arasında mövcud əməkdaşlıq məsələləri, habelə regionda və dünyada hazırkı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Səfir Milan Layçaka Azərbaycanda fəaliyyəti müddətində Azərbaycan-Slovakiya ikitərəfli və çoxtərəfli əməkdaşlığının inkişafı istiqamətində göstərdiyi səylərə görə təşəkkür edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.

İkitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafında qarşılıqlı səfər və təmasların, habelə siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi qeyd olunub. Ötən il ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı iki ölkə liderləri arasında baş tutan görüşün, habelə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində xarici işlər nazirləri arasında aparılan fikir mübadilələrinin faydalı olduğu diqqətə çatdırılıb.

İqtisadiyyat, ticarət, elm, mədəniyyət və s. sahələr üzrə əməkdaşlığın geniş perspektivlərlərinin mövcud olduğu, bu istiqamətdə qarşılıqlı fikir mübadilələri və fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Səfir Milan Layçak Azərbaycanda fəaliyyəti müddətində göstərilən dəstək və səmimi qəbula görə təşəkkür edib, Azərbaycan-Slovakiya münasibətlərinin daha da inkişafı istiqamətində arzularını çatdırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

FOTOLAR

Slovakiya səfirinin diplomatik fəaliyyəti başa çatdı — 1
Slovakiya səfirinin diplomatik fəaliyyəti başa çatdı — 2
XƏBƏR LENTİ
31 MAY 2026
Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 Bütün Xəbərlər