Prezident Kanadanın General-Qubernatorunu təbrik etdi

Prezident Kanadanın General-Qubernatorunu təbrik etdi
01.07.2026 11:31 Xarici siyasət

Prezident İlham Əliyev Kanadanın General-Qubernatoru Luiza Arbura təbrik məktubu ünvanlayıb.

TodayPress TV xəbər verir ki, məktubda deyilir:

"Hörmətli xanım General-Qubernator,

Kanada Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Kanada arasındakı əlaqələr xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza daim firavanlıq və rifah arzulayıram".

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUL 2026
Bütün Xəbərlər