Prezident İlham Əliyevin Kopenhagendə Fransa Prezidenti ilə görüşü oldu - YENİLƏNDİ

Prezident İlham Əliyevin Kopenhagendə Fransa Prezidenti ilə görüşü oldu - YENİLƏNDİ
02.10.2025 18:45 Xarici siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Fransa Respublikasının Prezidenti Emmanuel Makron ilə görüşü olub.

TodayPress TV xəbər verir ki, Fransa Prezidenti Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə əlaqədar nəticələr münasibətilə dövlətimizin başçısını təbrik etdi.

Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə Vaşinqtonda əldə olunmuş nəticələrin regional sülh gündəliyinin irəli aparılması üçün tarixi əhəmiyyət kəsb etdiyini vurğuladı. Dövlətimizin başçısı hazırda sülh gündəliyinin irəliyə aparılması üçün müxtəlif istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin həyata keçirildiyini qeyd etdi.

Görüşdə Azərbaycanla Fransa arasında əlaqələrin mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

***

18:05

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Fransa Respublikasının Prezidenti Emmanuel Makron ilə görüşü olub.

FOTOLAR

Prezident İlham Əliyevin Kopenhagendə Fransa Prezidenti ilə görüşü oldu - YENİLƏNDİ — 1
Prezident İlham Əliyevin Kopenhagendə Fransa Prezidenti ilə görüşü oldu - YENİLƏNDİ — 2
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər