Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul etdi

Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul etdi
28.08.2025 12:39 Xarici siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.

TodayPress TV xəbər verir ki, Maqdalena Qrono Avropa İttifaqının rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırıb, Azərbaycan Prezidentini Avropa İttifaqının rəhbərliyi və öz adından Vaşinqtonda Ermənistanla münasibətlərin normallaşdırılması, sülh gündəliyi ilə bağlı əldə edilmiş mühüm nəticələr münasibətilə təbrik edib.

O, bu prosesin regionda davamlı sülhün təmin olunmasına böyük töhfə verdiyini vurğulayıb. Qonaq Avropa İttifaqına üzv dövlətlərin də Azərbaycanla Ermənistan arasında əldə olunmuş sülhü dəstəklədiklərini bildirib. Maqdalena Qrono, həmçinin Avropa İttifaqının iki ölkə arasında razılaşdırılmış məsələlərin, o cümlədən nəqliyyat dəhlizinin həyata keçirilməsi prosesinə dəstək verməyə hazır olduğunu qeyd edib.

Prezident İlham Əliyev salamlara və təbriklərə görə minnətdarlığını bildirib, onun da salamlarını Avropa İttifaqının rəhbərliyinə çatdırmağı xahiş edib.

Dövlətimizin başçısı Vaşinqtonda əldə olunan nəticələrin tarixi əhəmiyyət kəsb etdiyini deyərək, bu prosesdə Amerika Birləşmiş Ştatlarının rolunu xüsusi vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, ABŞ-ın vasitəçiliyi ilə imzalanmış Vaşinqton bəyannaməsi, sülh sazişinin paraflanması və Minsk qrupunun ləğv edilməsi ilə bağlı Azərbaycan və Ermənistanın birgə müraciəti sülh prosesində atılan mühüm addımlardır.

Görüşdə ölkəmizin Ermənistanla ikitərəfli əsasda etimad quruculuğu tədbirlərini dəstəklədiyi qeyd olunub. Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz nəqliyyat və tranzit bağlantısının yaradılmasının vacibliyi bir daha vurğulanıb, xüsusilə Naxçıvanda nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində Avropa İttifaqı ilə əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

FOTOLAR

Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul etdi — 1
Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul etdi — 2
Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul etdi — 3
Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul etdi — 4
XƏBƏR LENTİ
31 MAY 2026
PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 Bütün Xəbərlər