Prezident Azərbaycanla Ermənistan arasındakı sülh prosesindən danışdı
"Biz Azərbaycan-Ermənistan arasında normallaşma prosesini müzakirə etdik. Bu proses uğurla davam edir".
TodayPress TV APA-ya istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə mətbuata birgə bəyanatında deyib.
Azərbaycan Prezidenti bildirib ki, faktiki olaraq, sülhə nail olunub:
“Biz birtərəfli addımlar atdıq ki, bunun kağız üzərində sülh olmadığını göstərək. Bir sözlə biz nümayiş etdiririk ki, bizim üçün sülh reallıqdır”.