Özbəkistan Orta Asiyada cənnət yaradır - 30 faiz yaşıllaşma
Xarici siyasət
18.05.2026 15:07
“Yaşıl məkan və təmiz hava kimi proqramlar vasitəsilə biz 2030-cu ilə qədər şəhərlərdəki yaşıllıq zonasını 30 faizə çatdırmağı hədəfləmişik”.
TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Liderlərin Bəyanatları (Leaders' Statements) mərhələsində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev deyib.
O qeyd edib ki, şəhərlərin abadlaşdırılmasında və əhalinin həyat tərzinin yaxşılaşdırılmasında ənənəvi özünüidarəetmə orqanı olan "Məhəllə" institutuna böyük etimad göstərilir. 2 milyon insanın məskunlaşması üçün layihələndirilən "Yeni Daşkənd" meqa-layihəsi "yaşıl", "ağıllı", təhlükəsiz və "15 dəqiqəlik şəhər" prinsiplərini özündə birləşdirir. Layihənin ilkin mərhələsində 25 milyard ABŞ dollarından artıq investisiya layihələri işə salınıb.
Özbəkistan dövlət başçısı layihənin konseptual əhəmiyyətinə diqqət çəkib:
“Layihənin təqdimatı forum çərçivəsində keçirilən Urban Expo sərgisində baş tutur”.
Qiymət Mahir
tag: Şavkat Mirziyoyev,Özbəkistan,WUF13,Yaşıl məkan,Todaypress.tv,
