Milli Məclisdə beynəlxalq parlament konfransı işə başladı

Milli Məclisdə beynəlxalq parlament konfransı işə başladı
29.10.2025 10:09 Xarici siyasət

Milli Məclisdə Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransı işə başlayıb.

TodayPress TV xəbər verir ki, tədbir "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr olunub.

Konfrans çərçivəsində iştirakçılar müasir dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların rolu, dövlətlərin suverenliyi və milli müstəqilliyinin qorunması istiqamətində fikir mübadiləsi aparacaqlar.

Tədbirdə 20-dək ölkənin parlament nümayəndə heyətləri, eləcə də 5 beynəlxalq təşkilatın təmsilçisi iştirak edir.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər