İran XİN Qalibafın Azərbaycana səfərini dəyərləndirdi

İran XİN Qalibafın Azərbaycana səfərini dəyərləndirdi
30.06.2026 16:39 Xarici siyasət

İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri uğurlu olub.

TodayPress TV xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai APA-nın Tehran bürosunun sualını cavablandırarkən deyib.

XİN sözçüsü Qalibafın ötən həftə Azərbaycana səfərini uğurlu kimi qiymətləndirib.

“Bu, çoxtərəfli səfər idi. Qalibafın Bakıya səfəri uğurlu oldu və İranın Qərbi Asiyada baş verən proseslərlə bağlı mövqeyinin izahına kömək etdi”, - Bəqai bildirib.

XİN sözçüsü qeyd edib ki, İran üçün parlament diplomatiyasının imkanlarından istifadə, digər ölkələrlə münasibətlərin inkişaf etdirilməsi və xüsusilə regionda mövcud gərgin şəraitdə məsələlərin izahı mühüm əhəmiyyət daşıyır.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUN 2026
Bütün Xəbərlər