İliyana Yotova: Klassik şəhər anlayışı artıq yoxdur, şəhərlərin sərhədləri silinir

Xarici siyasət

18.05.2026 15:38

“Şəhər anlayışı öz klassik mənasında artıq mövcud deyil”.

TodayPress TV xəbər verir ki, bunu Bolqarıstan Respublikasının vitse-prezidenti İliyana Yotova bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Liderlərin Bəyanatları (Leaders' Statements) mərhələsində çıxışı zamanı səsləndirib.

“Bu gün biz polisentrik region haqqında danışırıq; burada şəhərlər arasındakı sərhədlər getdikcə silinir, iqtisadiyyat, infrastruktur, nəqliyyat dəhlizləri və əmək bazarı yeni sürətlə dəyişir. Biz reallığı qəbul edib, onun miqyasına uyğun əlaqəli, çoxsəviyyəli və paylaşılan idarəetmə qura bilərik”, — deyə Bolqarıstan Prezidenti deyib. 

İ.Yotova vurğulayıb ki, hazırkı dövrdə idarəetmə milli hökumətlər, regionlar, şəhərlər və icmalar arasında ümumi məqsədlər prinsipinə və fərqli qaydalara əsaslanmalıdır.

Qiymət Mahir

TodayPress TV

tag: İliyana Yotova,Bolqarıstan,WUF13,Çıxış,Todaypress.tv,