Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşdü

Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşdü
31.07.2025 13:02 Xarici siyasət

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukrayna səfiri Yuri Qusevlə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə səfir "X"də yazıb.

Məlumata görə, görüş çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi yolları müzakirə edilib.

"Azərbaycanın Ukrayna ilə davamlı dəstəyinə və həmrəyliyinə görə minnətdaram",- deyə Y.Qusev vurğulayıb.

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər