Heydər Əliyev Mərkəzi ABŞ bayrağının rənglərinə büründü - FOTO
Müasir memarlığın şah əsəri olan Bakıdakı məşhur Heydər Əliyev Mərkəzi Amerika Birləşmiş Ştatlarının 250 illik yubileyi şərəfinə Amerika bayrağının rəngləri ilə işıqlandırılıb.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsində yazıb.
"ABŞ-dəki bütün dostlarımızı və həmkarlarımızı ürəkdən təbrik edirik. Müstəqillik Gününüz mübarək!", - H.Hacıyev qeyd edib.