Deputatlarımız Ukraynaya səfər edəcəklər

Deputatlarımız Ukraynaya səfər edəcəklər
28.06.2026 14:48 Xarici siyasət

Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə və qrupun üzvü Erkin Qədirli iyunun 29-da Kiyev şəhərinə səfər edəcəklər.

Bu barədə TodayPress TV-yə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə deputat qrupunun həmsədri Volodimir Kreydenkonun dəvəti əsasında reallaşacaq səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək. Görüşlərdə iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılacaq.

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUN 2026
Bütün Xəbərlər