Ceyhun Bayramov Maqdalena Qrono ilə görüşdü

Ceyhun Bayramov Maqdalena Qrono ilə görüşdü
28.08.2025 17:35 Xarici siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.

Azərbaycan və Aİ arasında iqtisadi, ticarət, nəqliyyat, enerji təhlükəsizliyi, yaşıl enerji, humanitar və s. istiqamətlər üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. İki tərəf arasında yüksək səviyyədə təmasların məmnunluq doğurduğu, dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.

Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycan Prezidentinin ABŞ-yə səfəri zamanı keçirilmiş Zirvə görüşü çərçivəsində Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Avropa İttifaqının sülh prosesinə müxtəlif istiqamətlərdə dəstək verməyə hazır olduğunu bildirib.

Ceyhun Bayramov, öz növbəsində, Vaşinqton sammiti zamanı əldə edilmiş tarixi razılıqlar, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi üzrə əldə olunan irəliləyişlər və perspektivlər barədə qarşı tərəfə məlumat verib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

FOTOLAR

Ceyhun Bayramov Maqdalena Qrono ilə görüşdü — 1
Ceyhun Bayramov Maqdalena Qrono ilə görüşdü — 2
XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər