Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində portuqaliyalı həmkarı ilə görüşdü

Xarici siyasət

18.04.2026 11:37

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Portuqaliyanın Dövlət və Xarici İşlər Naziri Paulo Rangel ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında paylaşıb.

Nazirlər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, siyasi dialoqun genişləndirilməsi, iqtisadi, ticarət və enerji sektorlarında əməkdaşlığın gücləndirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi perspektivlərini müzakirə etdilər.

Portuqaliyanın Azərbaycanda səfirliyinin açılması yolu ilə əməkdaşlığı daha da gücləndirmək imkanları da araşdırılıb.

TodayPress TV

tag: Ceyhun Bayramov,Görüş,Antalya,Forum,TodayPress TV,