“Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti başa çatdı

“Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti başa çatdı
03.10.2025 12:00 Xarici siyasət

Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən “Böyük iyirmilik” ölkələrinin (G20) Parlament Sədrlərinin 11-ci Sammiti başa çatıb. Sammitdə iştirak etmək məqsədilə bu ölkədə işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova tədbirin bağlanış mərasimində iştirak edib.

Bu barədə TodayPress TV-yə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə mərasimdə çıxış edənlər Sammitin uğurlu təşkil olunduğunu qeyd edərək, tədbirdə bir çox mühüm və böyük aktuallıq kəsb edən mövzuların parlamentarilər tərəfindən müzakirə edildiyini və  səmərəli fikir mübadiləsi aparıldığını diqqətə çatdırıblar.

Sammitin  ev sahibi Cənubi Afrika Respublikasının Milli Assambleyasının sədri Toko Didiza Azərbaycan parlamentinin spikeri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovaya tədbirdə iştirakına görə təşəkkürünü bildirib.

Sahibə Qafarova mərasim çərçivəsində Zimbabve Milli Assambleyasının spikeri Yakob Mudenda, CAR Milli Assambleyasının sədri Toko Didiza, Braziliya parlament nümayəndə heyətinin rəhbəri Cek Roça  ilə  görüşüb.

Görüşlərdə P20 Sammitinin və orada müzakirə olunan məsələlərin vacibliyi qeyd olunub, parlamentlərarası və dövlətlərarası qarşılıqlı münasibətlərin perspektivləri barədə danışılıb.

Spiker Sahibə Qafarova bu sammitin yüksək səviyyədə təşkilinə və Azərbaycan Parlamentinin, həmçinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri kimi onun fəaliyyətinə verilən yüksək qiymətə görə CAR Milli Assambleyasının sədri Toko Didizaya təşəkkürünü bildirib. 

Xatırladaq ki, spiker Sahibə Qafarova Cənubi Afrika Respublikasına işgüzar səfəri çərçivəsində Sammitin açılış mərasimində və tədbir çərçivəsində keçirilən “Fəlakətlərə qarşı dayanıqlığın və cavab tədbirlərinin gücləndirilməsi” mövzusunda müzakirələrdə çıxış edib.

TodayPress TV

FOTOLAR

“Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti başa çatdı — 1
“Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti başa çatdı — 2
“Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti başa çatdı — 3
“Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti başa çatdı — 4
“Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti başa çatdı — 5
“Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti başa çatdı — 6
XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Bütün Xəbərlər