Baş prokuror Sinqapurda görüşlər keçirdi

Baş prokuror Sinqapurda görüşlər keçirdi
09.09.2025 12:21 Xarici siyasət

Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 30-cu illik konfransı və ümumi yığıncağında iştirak məqsədilə Sinqapurda işgüzar səfərdədir.

Bu barədə Baş Prokurorluqdan TodayPress TV-yə verilən məlumata görə, "Prokurorun dəyişən rolu və cinayət mühakimə sisteminin idarə edilməsi" mövzusuna həsr olunmuş konfrans çərçivəsində hüquq-mühafizə orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, o cümlədən süni intellektdən istifadə imkanları, prokurorluq orqanlarının kibercinayətkarlıqla mübarizə təcrübəsi, rəqəmsal sübutların cinayət mühakimə icraatında istifadəsi, əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, yeni çağırışlara uyğun birgə təşəbbüslərin həyata keçirilməsi və bu kimi aktual məsələlər müzakirə olunur.

Dünya prokurorlarını bir araya gətirən Assosiasiyanın 30 illik yubileyinə tesadüf edən konfransın açılış mərasimində Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnam, Baş prokuroru Lüsyen Vonq və Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Xuan Batista Mahikes çıxış edərək qonaqları salamlayıblar.

Tədbirin açılışında çıxış edən rəsmi şəxslər konfransın cinayətkarlığın müasir təzahürlərinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəyini qeyd edib, onun məhsuldar nəticələr verəcəyinə inamlarını ifadə ediblər.

Açılış mərasimində Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbərliyi tərəfindən çıxış zamanı ötən il Bakı şəhərində keçirilmiş Assosiasiyanın 29-cu illik konfransı xatırlanaraq, bu tədbirin təşkilatın tarixində dünyanın dörd bir yanından ən çox sayda prokurorun iştirak etdiyi mötəbər platformaya çevrildiyi xüsusi vurğulanıb.

Səfər zamanı Baş prokuror Kamran Əliyev Sinqapurun Baş prokuroru Lüsyen Vonq ilə görüş keçirib. Görüş zamanı Kamran Əliyev həmkarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ölkədə korrupsiyaya qarşı sistemli mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Eyni zamanda, bu sahədə Sinqapurun uğurlu təcrübəsinin öyrənilməsi və tətbiqi istiqamətində maraqlı olduqlarını bildirib.

Görüşdə müasir cinayət formalarının qarşısının alınması, gələcək əməkdaşlığın müqavilə-hüquq bazası ilə möhkəmləndirilməsi və kadr hazırlığı məsələləri müzakirə olunub.

Baş prokuror tədbirin yüksək səviyyədə təşkil olunmasını təqdir edib, göstərilən qonaqpərvərliyə görə Sinqapur tərəfinə təşəkkürünü bildirib və konfransın işinə uğurlar arzulayıb.

Bundan əlavə, tədbir çərçivəsində Baş prokuror Kamran Əliyev Niderland, Gürcüstan, Qazaxıstan, Estoniya, Sloveniya, Lixtenshteyn, Türkiyə, Timor-Leste və Omanın Baş prokurorları, habelə Çin Xalq Respublikasının Baş prokurorunun müavini ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən ekstradisiya, cinayət işləri üzrə hüquqi yardım və digər aktual əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində növbəti günlərdə digər ölkələrin prokurorluq orqanlarının rəhbərləri ilə görüşlərin keçirilməsi və əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi nəzərdə tutulur.

Tədbirdə, həmçinin, ölkəmizin İndoneziya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramil Rzayev də iştirak edir.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 Bütün Xəbərlər