Bakıda AQEM Beyin Mərkəzləri Forumunun 13-cü iclası keçirilir

Bakıda AQEM Beyin Mərkəzləri Forumunun 13-cü iclası keçirilir
09.09.2025 09:10 Xarici siyasət

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü iclası keçirilir.

TodayPress TV xəbər verir ki, "İnkişaf və Təhlükəsizliyin Rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə" mövzusuna həsr olunmuş tədbirə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Şanxay Beynəlxalq Araşdırmalar İnstitutu təşkilatçılıq edir. 

Beynəlxalq Strateji və Təhlükəsizlik Araşdırmaları İnstitutunun direktor müavini, Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun baş elmi işçisi Zhao Longun moderatorluğu ilə keçiriləcək plenar sessiyada BMTM-in İdarə Heyətinin sədri  Fərid Şəfiyev, AQEM-in Baş katibi Kayrat Sarıbay, Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya İşləri Departamentinin təmsilçisi səfir  Yan Wenbin,  Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun Prezidenti Chen Dongxiao çıxış edəcəklər.

Beyin Mərkəzləri Forumunun birinci günü "İnkişaf vasitəsilə təhlükəsizliyin təşviqi - Asiya təhlükəsizlik idarəçiliyinə yeni yanaşmaların tədqiqi"; "Yaşıl və rəqəmsal transformasiya dövründə təchizat zənciri üzrə əməkdaşlıq"; "Avrasiya bağlantılarının gücləndirilməsi: Bir Kəmər, Bir Yol təşəbbüsü (BRI), Orta Dəhliz, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (INSTC) və digər layihələr" mövzularında sessiyalar keçiriləcək.

Forumun ikinci günü "AQEM beynəlxalq təşkilat kimi: Transformasiya və potensialın artırılması" mövzusunda sessiya və "Yeni Asiya nizamının formalaşması" mövzusunda tematik panelin keçirilməsi nəzərdə tutulub.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
"Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Bütün Xəbərlər