Azərbaycanlılar Gürcüstanda saxlanıldı
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 50 əcnəbi vətəndaş saxlanılıb.
TodayPress TV Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat paylaşılıb.
Məlumata görə, kompleks tədbirlər nəticəsində Hindistan, Vyetnam, Türkmənistan, Rusiya, Qırğızıstan, Sudan, Pakistan, Özbəkistan, Azərbaycan, Tacikistan, İordaniya, Nigeriya, Banqladeş, Uqanda və Keniya vətəndaşları nəzarətə götürülüblər.
Hazırda saxlanılan şəxslər Miqrasiya İdarəsinin müvəqqəti saxlama mərkəzinə yerləşdiriliblər və onların deportasiyası ilə bağlı müvafiq prosedurlar həyata keçirilir.
Qeyd olunur ki, saxlanılan şəxslər hüquqi əsas olmadan Gürcüstanda yaşayıblar.
Gürcüstan
Azərbaycanlılar
Gürcüstanın Daxili İşlər Nazirliyi
Əcnəbi vətəndaş
Miqrasiya
Todaypress.tv