Azərbaycandan öyrənirik, sonra tətbiq edirik - VUÇİÇ
Xarici siyasət
18.05.2026 15:18
"Azərbaycanı 13-cü Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməklə bağlı göstərdiyi səylərə görə təbrik edir və bu tədbir çərçivəsində ilk dəfə sammit təşkil etmək üçün irəli sürdükləri mühüm və innovativ təşəbbüsü yüksək qiymətləndirirəm".
TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Liderlərin Bəyanatları (Leaders' Statements) mərhələsində Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç deyib.
Prezident Vuçiç Azərbaycanın son illərdə əldə etdiyi uğurlara diqqət çəkib və bunun arxasında Prezident İlham Əliyevin öz xalqına və ölkəsinə olan dərin bağlılığının dayandığını qeyd edib:
“Bakıda son illərdə baş verən tərəqqi, İlham Əliyevin öz xalqına, ölkəsinə olan bağlılığı və fədakarlığı ilə birbaşa bağlıdır. Məhz bu səbəbdən Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib”.
Serbiya dövlət başçısı vurğulayıb ki, o, Azərbaycanın təcrübəsini öz ölkəsində də tətbiq etməyə çalışır:
“Mən bu təcrübədən bəhrələnərək, bənzər addımları öz ölkəmdə, Serbiyada da atmağa çalışıram”.
Qiymət Mahir
tag: Aleksandr Vuçiç,WUF13,Serbiya,Çıxış,Todaypress.tv,
