Azərbaycan Venesuelaya başsağlığı verdi

Azərbaycan Venesuelaya başsağlığı verdi
25.06.2026 13:47 Xarici siyasət

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Venesuelaya başsağlığı verib.

TodayPress TV xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"Venesuelada baş verən faciəvi insan itkisinə və geniş miqyaslı dağıntılara səbəb olan dağıdıcı zəlzələdən dərindən kədərlənirik. Faciə qurbanlarının ailələrinə ürəkdən başsağlığı verir və bu çətin vaxtda Venesuela xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik. Zərər çəkən bütün insanlara tezliklə sağalmalarını arzulayırıq", - paylaşımda bildirilib.

Qeyd edək ki, Venesuelada baş verən iki dağıdıcı zəlzələ nəticəsində, ilkin məlumata görə, azı 32 nəfər ölüb.

TodayPress TV

XƏBƏR LENTİ
25 IYUN 2026
Bütün Xəbərlər