Anna Soave: Bərpa prosesi təkcə tikinti deyil, həm də şəraitin yaxşılaşdırılması deməkdir

Xarici siyasət

19.05.2026 12:54

“Biz necə daha sürətli və daha yaxşı bərpa edə bilərik? Bu, bərpa prosesinin gələcək zəiflikləri artırmaq əvəzinə, necə azaldacağını təmin etmək üçün cavab axtardığımız fundamental bir sualdır. Hər bir kontekst fərqlidir və hər bir vəziyyət fərqli yanaşma tələb edir, lakin bu sualları birlikdə vermək ən vacib addımdır”.

TodayPress TV xəbər verir ki, bunu  BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı ölkə ofisinin rəhbəri Anna Soave deyib.

Anna Soave çıxışı zamanı İraqda fəaliyyət göstərdiyi dövrdən əldə etdiyi təcrübəni qeyd edərək, həssas və münaqişələrdən zərər çəkmiş mühitlərdə şəhərlərin yenidən qurulmasının yalnız fiziki tikinti deyil, həm də insanların həyat şəraitinin bərpası olduğunu vurğulayıb:

“Həssas və münaqişədən zərər çəkmiş şəraitdə şəhərlərin yenidən qurulması, əslində, həyat üçün lazımi şəraitin yenidən yaradılması deməkdir. İqlimə davamlı küçələr, fəaliyyət göstərən məktəblər, etibarlı içməli su və təhlükəsiz ictimai məkanlar – bunlar sadəcə texniki göstəricilər deyil, məxsusluq hissini bərpa edən və bir yerin yenidən “ev” adlandırılmasını mümkün edən infrastruktur elementləridir”.

Qiymət Mahir

TodayPress TV

tag: Anna Soave,WUF13,Çıxış,Tədbir,Todaypress.tv,