Aİ Cənubi Qafqaza 200 milyon avroya qədər qrant ayıracaq

Aİ Cənubi Qafqaza 200 milyon avroya qədər qrant ayıracaq
01.07.2026 19:52 Xarici siyasət

Avropa İttifaqı Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafı üçün 200 milyon avroya qədər qrant ayıracaq.

TodayPress TV APA-ya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.

“Bizim “Qlobal Şəbəkə” İnvestisiya Proqramımız var və bu proqram çərçivəsində Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafı üçün 200 milyon avroya qədər qrant ayıracağıq. Bu, dövlət və özəl sektordan, ümumilikdə, 2 milyard avroyadək investisiyanın cəlb edilməsinə imkan yarada bilər. Layihələrə, məsələn, Naxçıvan üzərindən dəmir yolu bağlantısının yaradılması və Bakı limanının inkişaf etdirilməsi daxil ola bilər“, - Avropa Komissiyasının Prezidenti qeyd edib.

XƏBƏR LENTİ
01 IYUL 2026
Bütün Xəbərlər