UEFA Millətlər Liqası: Azərbaycan millisi hesabı açdı - YENİLƏNDİ
UEFA Millətlər Liqasının Azərbaycan - Litva matçında hesab açılıb.
TodayPress TV xəbər verir ki, Azərbaycan millisinin heyətində Abdulla Xaybulayev 25-ci dəqiqədə fərqlənib - 1:0.
***
UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan - Litva matçına start verilib.
TodayPress TV xəbər verir ki, D liqasının 2-ci qrupunun oyunu 8-ci km stadionunda keçirilir.
Görüşün baş hakimi portuqaliyalı FIFA referisi Qustavo Korreyadır.
Xatırladaq ki, milli komanda hazırda qrupda 2 xalla 2-ci pillədə qərarlaşıb. Litva 4 xalla birinci, Lixtenşteyn isə 1 xalla sonuncudur.