Gözlər İlham Əliyevin Naxçıvana tarixi səfərində - Müharibədən sonra ilk

Gözlər İlham Əliyevin Naxçıvana tarixi səfərində - Müharibədən sonra ilk
11.08.2026 12:11 Təhlil

Naxçıvan həmişə Azərbaycanın geostrateji nöqtələrindən birini təşkil edib. Amma indiki dövrdə onun əhəmiyyəti artıq qloballaşmaqdadır. Bu da onunla əlaqədardır ki, Naxçıvan Zəngəzur dəhlizinin mühüm bir nöqtəsində yerləşir. Azərbaycanın Avropaya çıxışının əsas vacib coğrafiyalarından biridir".

Bunu TodayPress TV-yə açıqlamasında Beynəlxalq münasibətlər üzrə tədqiqatçı, politoloq Əziz Əlibəyli deyib.


Onun sözlərinə görə, vacib məsələlərdən biri İran və Rusiya müharibələrinin Orta Dəhlizin reallaşmasını zəruri hala gətirməsidir.

"Hörmüzdə və Rusiya-Ukrayna müharibəsində baş verənlərdən sonra təhlükəsiz bir Orta Dəhliz axtarışı davam edir. Bu mənada Azərbaycanın və onun çıxış nöqtəsi olan Naxçıvanın rolu artmaqdadır. Hesab edirəm ki, bəlkə də bir qədər Naxçıvanla bağlı muxtariyyət məsələsinə, xüsusən Azərbaycanın suverenliyinin bərpa olunmasından sonrakı dövrdə yaşanan hüquqi prosedurlar kontekstində baxmaq kifayət edər. Azərbaycanı zamanında bölüblər, parçalayıblar və həmin muxtariyyət prosesinin gətirdiyi unitarizmə zərbə artıq geridə qalıb. Ölkənin qalib prezidentinin, eyni zamanda, suveren hakimiyyətini bərqərar etdikdən və ölkənin suveren bütövlüyünü bərpa etdikdən sonra Naxçıvana səfəri də bu baxımdan çox əhəmiyyətlidir".

Politoloqun fikrincə, Zəngəzur dəhlizi barədə də ayrıca danışmaq lazımdır.

"Ermənistanla müharibənin nəticələri, qələbənin gətirdiyi dividendlər, o cümlədən qarşıdakı sülh müqaviləsinin tərkib hissəsi kimi nəzərdən keçirilən mühüm bir dəmir yolu layihəsi – Zəngəzur üzərindən keçən dəhliz məsələsi var. Buna da ayrıca baxmaq lazımdır".

Əziz Əlibəyli sonda qeyd edib ki, Naxçıvanın sonrakı dövrü də hər halda mühüm bir keyfiyyət əldə edir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbov dövründən sonrakı Naxçıvanda, Qarabağla yanaşı həyata keçirilən yeni idarəetmə formasının nəticələrinə də bir qiymətləndirmə, bir baxış olacaq

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Gözlər İlham Əliyevin Naxçıvana tarixi səfərində - Müharibədən sonra ilk — 1
XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər