Balakəndə ağır qəzada bir ailənin 3 üzvü öldü

Balakəndə ağır qəzada bir ailənin 3 üzvü öldü
11.08.2026 12:08 Hadisə

Balakəndə baş verən yol qəzasında xəsarət alan daha bir nəfər xəstəxanada vəfat edib.

TodayPress TV xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Bununla da qəza nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Qeyd edək ki, avqustun 10-da Balakənin Katex kəndi ərazisində “Hyundai”, “KİA” və “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər hadisə yerində həlak olmuş, iki nəfər xəsarət almışdı.

XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər