Dünyanın ən qəddar terrorçusu Ağdamda məhv edildi, kəşfiyyat xəbərlərini İrandan alıb və azərbaycanlı qadınları, uşaqları doğrayıb
2023-cü il Azərbaycan tarixinin ən böyük hadisələrinin baş verdiyi illərdən biridir. Əhəmiyyəti haqda 100 ildən sonra da danışanda çox böyük hadislərdən bəhs edəcəklər.
Vətən müharibəsindən sonra dövlətimizin yaxşı niyyətini və humanitar təklifini düşməncəsinə qəbul edən toplumun son 3 ildə törətdikləri bütün cinayətlər yaddaşa yazıldı. İlk dəfə 200 il əvvəl Paskeviçin ordusuna qoşulub gələn siqan həyatının təmsilçiləri düz 200 il rus mahmızının, çəkməsinin dəydiyi torpaqlarda hardasa 8 nəsil yaşasalar da özlərinin olmadığı, bir növ genetikalarının zidd olduğu torpaqlardan getməli oldular.

Amma gedərkən, cinayət əməllərinin izlərini silib, süpürüb apara bilmədilər.
Azərbaycan əsgəri Xocavəndə daxil olduğu gün qaniçən, terrorçu, cəllad Monte Melkonyanın abidəsi söküldü.
Cinayətkar rejimin sonuncu əsgəri - türk qanını böyük zövqlə içən Asala mənsubundan geridə heç daş da qalmadı.
O gecə - 31 İyul 1980, Saat 21:30, Afinada Qalip Özmen ailəsini dəniz kənarındakı piknikdən evə qaytarırdı. Afinanın Pangrati rayonunda, evlərinin qarşısında maşın saxladıqları anda hər şey dəyişdi.

Motosikletdən enən bir nəfər plastik torbadan silah çıxardı. O, əvvəlcə ön oturacaqda oturan Qalip Özmenə və onun yanında olan həyat yoldaşı Sevim xanıma atəş açdı, daha sonra arxada oturan uşaqlara hücum etdi. 14 yaşlı qızı Neslihan başından ağır yaralandı və həkimlər onu “klinik ölüm” vəziyyətində elan etdilər. O, ertəsi gün həyatını itirdi. Türkiyənin Yunanıstandakı səfirliyinin inzibati attaşesi Qalip Özmen isə hadisə yerində həlak oldu. 12 yaşlı kiçik oğlu Alper isə yaralı vəziyyətdə sağ qaldı.
Bu cinayətin icraçısı ASALA təşkilatı ilə əlaqələndirilən Monte Melkonyan idi.
Monte Melkonyan — 25 noyabr 1957-ci ildə ABŞ-ın Visalia şəhərində anadan olub. Atası erməni mənşəli idi. Skaut işi ilə məşğul olurdular, beysbol oyunçusu, ingilis, ispan, yapon, ərəb, türk, kürd, fars dillərini öyrənən poliqlot idi o. Berkeley Universitetini bitirmiş, hətta Yaponiyada ölkənin dilini də öyrənmişdi.
Dünyanı gəzən bu adam pis bildiyi ermənicəsi ilə bir gün gəlib Beyruta çıxdı və Beyrut səfəri onun milli kimliyini dəyişdirən, əsl erməniyə çevirilən mərhələsi oldu.
1980-ci ildə Monte ASALA-ya qoşuldu, 13 illik terror bioqrafiyasının açılış fəsli beləcə başladı.

ASALA (Armenian Secret Army for the Liberation of Armenia) 1975-ci ildə Livanın Beyrut şəhərində, vətəndaş müharibəsinin gərgin siyasi və hərbi mühiti fonunda yaranmış silahlı təşkilat kimi ortaya çıxıb. Təşkilat özünü “Ermənistanın azadlığı uğrunda mübarizə aparan orqan” kimi təqdim edirdi, lakin fəaliyyəti müxtəlif ölkələr tərəfindən silahlı hücumlar və terror aktları ilə əlaqələndirilmişdir.
ASALA-nın fəaliyyəti xüsusilə 1970–1980-ci illərdə beynəlxalq diqqət mərkəzinə düşüb. ABŞ, Fransa, Kanada və bir sıra Avropa ölkələri təşkilatı rəsmi sənədlərdə terror fəaliyyəti ilə əlaqələndirilən qurum kimi qiymətləndirmişdir.
Təşkilatın fəaliyyəti ilə bağlı qeydə alınmış hadisələr arasında Avropada və Yaxın Şərqdə diplomatik nümayəndəliklərə və mülki obyektlərə qarşı hücumlar da yer alır. Bu hücumlar nəticəsində müxtəlif ölkələrin diplomatları və mülki şəxsləri həlak olub və ya yaralanıb.
1975–1984-cü illər arasında ASALA ilə əlaqələndirilən silahlı hücumların sayı müxtəlif mənbələrdə fərqli göstərilsə də, bu dövr təşkilatın ən aktiv mərhələsi hesab olunur. Bu illərdə əsas hədəflər arasında Türkiyə diplomatik missiyaları və bəzi beynəlxalq obyektlər yer alırdı.
1981-ci ildə Parisdə ASALA ilə əlaqəli şəxslərin həbsi və buna cavab olaraq şəhərdə bir sıra partlayışların baş verməsi beynəlxalq mediada geniş işıqlandırılıb. Bu hadisələr təşkilatın Avropadakı fəaliyyətinin miqyasını göstərən nümunələrdən biri kimi qiymətləndirilir.
1983-cü ildə Paris Orly hava limanında baş verən partlayış nəticəsində bir neçə nəfər həlak olmuş, onlarla insan yaralanmışdır. Hadisə beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə pislənmiş və terror aktı kimi qiymətləndirilmişdir.
Monte Melkonyan həmin dövrdə ASALA ilə əlaqələndirilən silahlı çevrələrdə fəaliyyət göstərmiş şəxslərdən biri kimi müxtəlif mənbələrdə qeyd olunur. Onun rolu və fəaliyyəti barədə qiymətləndirmələr isə ölkələr və siyasi baxışlara görə fərqli şəkildə təqdim edilir.
Türk diplomatı qətlə yetirən dövrdə Monte sadəcə 22 yaşında idi.
1985-ci ilin noyabrında Paris polisi Melkonyanın mənzilinə basqın etdi. Orada silahlar, partlayıcı qurğular, Fransadakı Türkiyə səfiri Adnan Bulakın fotosu və türk gəmilərinin liman gəliş-gediş cədvəlləri tapıldı.

Melkonyan həbs edildi və təxminən 3 il Fransa həbsxanalarında — Fresnes və Poissy-də saxlanıldı. 1989-cu ildə azad edildi, daha sonra Cənubi Yəmənə göndərildi və Şərqi Avropanın müxtəlif yerlərində yaşadı. Bu dövrdə o, bir neçə saxta şəxsiyyətdən istifadə edirdi: “Abu Sindi”, “Timothy Sean McCormack”, “Saro” — bunlar onun istifadə etdiyi adlardan bəziləridir.
SSRİ dağıldıqdan sonra Qarabağda müharibə başladı və Melkonyan üçün yeni bir cəbhə açıldı.
1991-ci ildən etibarən o, Azərbaycan ərazisi olan Dağlıq Qarabağa gəldi. Heç bir dövlət ordusunda rəsmi xidmət keçməyən bu şəxs "Arabo" 4000 nəfərlik erməni silahlı qüvvəsinin komandirlərindən biri oldu. Onun hərbi təcrübəsi əsasən Beyrutdakı fəaliyyətlərdən və ASALA daxilindəki əməliyyatlardan ibarət idi.
26 fevral 1992. Dağlıq Qarabağdakı Xocalı şəhəri.
Bu gecəni sənədləyən ən vacib mənbələrdən biri Melkonyanın qardaşı Markar Melkonyanın 2005-ci ildə nəşr etdirilmiş kitabı — "My Brother's Road: An American's Fateful Journey to Armenia" — dur. Kitab ona qəhrəman abidəsi qoyur. Amma içindəki sözlər — başqa şey danışır.
Kitabın 213-cü səhifəsindən iki sitat — bunlar Melkonyanın öz gündəliyindən götürülmüşdür:
Xocalı hücumunu o, "strateji məqsəd" və "intiqam aktı" kimi xarakterizə etmişdi.
Sonra isə — gecə hücumundan sonra meydana çıxan mənzərə. Markar Melkonyaın öz sözləri ilə:
"Monte crunched over the grass where women and girls lay scattered like broken dolls. 'No discipline', he muttered."
Azərbaycan dilinə: "Monte qadın və qızların qırılmış kukla kimi səpələndiyi otun üstündən keçdi. 'İntizam yoxdur' — deyə mızıldandı."
Bu sözlər düşməndən gəlmir. Qardaşından gəlir. Qəhrəman kimi təqdim etdiyi adamdan.
Xocalıda o gecə rəsmi rəqəmlər:
613 dinc sakin öldürüldü
Onlarla uşaq — həm valideynsiz qaldı, həm öldürüldü
8 ailə tamamilə məhv edildi
Qar üstündə, meşədə, Əsgəran dəhlizindən keçməyə çalışarkən pusquya düşərək qətlə yetirildilər
Human Rights Watch, Amnesty International, Avropa Parlamenti — hamısı bu hadisəni sənədləşdirdi. 25-dən çox ölkənin parlamenti bu tarixi tanıdı.
Xocalı tək deyildi.
1992-ci ildə Melkonyanın komandanlığı altındakı qüvvələr Ağdaban kəndinə hücum etdi.

Markar Melkonyanın kitabında bu hücum da var. Kənd evlərinin yandırılması, sakinlərin qovulması, mülkiyyətin talanması - bunlar o kitabda öz əksini tapıb. Yenə düşmənin yox -qardaşın qələmi ilə.
2026-cı ildə gün işığına çıxan bir müsahibə də var - ASALA-nın sabiq üzvü Martiros Zamkochyan-ın Hraparak qəzetinə verdiyi söhbət başqa bir qatı açdı.
Zamkochyan açıqladı ki, Monte Melkonyan ilə İran xüsusi xidmətləri arasında birbaşa əlaqə mövcud idi. Qubadlıya hücumdan əvvəl İranlı kəşfiyyatçılar Gorusa — Melkonyanın yerləşdiyi nöqtəyə gəldilər. Əməliyyatı bilirdilər. Planı müzakirə etdilər.
Bu, Qarabağ müharibəsinin yalnız iki tərəfli deyil, daha geniş regional oyunun hissəsi olduğunu göstərən sənədlənmiş etiraf idi. Melkonyan bir mexanizmin çarxıydı.
12 iyun 1993-cü ildə Ağdam rayonunun Mərzili kəndinin yaxınlığında, kəşfiyyat səfərindəykən, Melkonyan Azərbaycan qüvvələri tərəfindən məhv edildi. O, 35 yaşında idi.
Ondan sonra nə oldu:
Cəsədinin qalıqları Yerevandakı Yerablyur hərbi panteonunda dəfn edildi – özü də dövlət mərasimi ilə.
1996-cı ildə Ermənistan ona "Milli Qəhrəman" titulu verdi
Ona Birinci dərəcəli Hərbi Xaç və Qızıl Qartal medalları verildi — Ermənistan və Qarabağın ən yüksək hərbi təltifləri
Küçələrə, məktəblərə adı verildi
Ermənistanın rəsmi X (Twitter) hesabı 2016-cı ildə onun sözlərini alqışla paylaşdı: "Mənim üçün badə qaldırmayın — işimi davam etdirin"
Azərbaycan torpağında - Xocavənddə heykəli ucaldıldı
Və üzərindən 30 il də keçsə, Monte Melkonyan aid olmadığı yerdə fiziki olaraq necə məhv edilmişdisə, daş heykəli də ondan qalan son nişanəni özü ilə zülmətə doğru apardı.
12 iyun 1993-cü ildə Mərzili istiqamətində gedən döyüş zamanı Rizvan Məmmədvəliyevin rəhbərlik etdiyi 258 nömrəli PDM-in (piyadaların döyüş maşını) ekipajı tərəfindən açılan atəş nəticəsində o, öldürülüb.

Düzdür. İbad Hüseynovun da Mekonyanla bağlı iddiaları var, lakin iddia Montenin zərbədən sonra zərrəyə çevrilməsinə görə təsdiqini tapa bilmir. Bir şey dəqiqdir ki, Azərbaycan əsgəri dəqiq zərbə ilə dünyanın ən böyük terrorçularından birini layiq olduğu “zirvəyə” çatdırdı.
Həmin günlərdə böyük bir karvan üzü Ermənistana yol aldı, gəldikləri kimi gedənlər təkcə özlərini aparmadılar, 300 ildir bu torpağı murdarlamağa çalışdıqları separatizmi də tarixin cəhənnəminə yoldaş kimi daşıdılar.
2023-cü ilin hadisələrində gedənlər 90-larda cinayət törədənlərin övladları idi. Hər ailədə bir əsgər, hər bir əsgərin isə onlarla cinayəti vardı xalqımıza qarşı.
Monte həqiqətən də bir tarixdir – qlobal ermənizm terorçu şəbəkəsinin əməllərini ölçmək üçün vacib indikatordur. Biz onun həyatını öyrənməklə, ABŞ-da, Avropada, Yaxın Şərqdə, Ermənistanda və İranda, eləcə də Qarabağda ASALA-nı, Ermənistan dövlətinin cinayətlərini tədqiq edirik.
Qurbanlar əsla qurban olmurlar. Sadəcə ədalətin təcəllisi naminə müvəqqəti bioloji güclərindən imtina edirlər, mənəvi olaraq isə Xocalıda, Ağdabanda can verməklə gələcəkdə həqiqətin əbədi parlamasına səbəb olurlar.
Bir vacib məsələ də var: Azərbaycan Melkonyanların reallığı ilə üzləşməsəydi, nə xalq olardı nə də dövlət, eləcə də Zəfər.
Melkonyan Azərbaycan torpağında məhv edildi, bu günləri görmədi, amma onun cinayətlərinin cəzasını ələ gəlməyən meyitinin yarım qalmış başını daş heykəli çəkdi.

Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı