Azərbaycanı kimlər İran cəhənnəminə itələyir?
Azərbaycanın coğrafi mövqeyi 300 il ərzində onun əleyhinə qərarların verilməsinə şərait yaradıb.

Düzdür, bu cür yanaşma hökmdən çox hipotez ola bilər, lakin 300 ildə baş verən geosiyasi hadisələrin təhlili göstərir ki, Şimalda Rusiya, Cənubda isə İranın bir – birinə qarşı müharibələrinin istinad və cəbhə nöqtəsi Azərbaycan olub deyə, bunun acısını yaşamışıq.
Bizdən Qərbdə yerləşən üçüncü imperiya və ya varisi sırf qardaş olduğumuza görə sonrakı siyasi proseslərdə coğrafi olaraq cəzalandırılmalara məruz qalıb və Naxçıvanı MR-a çevirməklə, araya Ermənistan adlı süni dövləti qoymaqla Türkiyənin regiona birbaşa girişini bloklayıblar.
Bu da başqa bir maraqlı müşahidədir ki, iki regional imperiyanın varisi ilə münasibəti müzakirə və dialoq masasında saxlaya bilməklə, üstəgəl, işğal rejimini dəyişdirməklə və hətta Şimal və Cənub qonşularımızın birbaşa dəstəyini alan düşməni məğlub etməklə, son 300 ilin və 30 ilin məğlubiyyətə əsaslanan formalaşmış münasibətlər zəncirini də qırdı.
Məlum əlaqələr isə hələ də davam edir və 2025-ci ilin yanvarında Rusiya ilə İran tarixi bir sənəd imzaladı: 20 illik Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi. Bu müqavilə hərbi, iqtisadi, siyasi sahələri əhatə edir. Sanksiya altında olan iki ölkənin Qərb maliyyə sistemlərini bypass etmək üçün ortaq maraqları var.
Azərbaycan bu ittifaqın tam coğrafi qovşağında yerləşir: şimalda Rusiya, cənubda İran. Bu iki ölkənin eyni vaxtda Azərbaycana təzyiq göstərməsi isə artıq sadə təsadüf deyil.
Biz artıq bunu regionun son 300 illik tarixini təhlil edərkən görə bilirik.
2026-cı ilin martında Orta Şərqdə davam edən İsrail-ABŞ-İran müharibəsi qəfildən Azərbaycanın qapısını döydü. Mart ayının 5-də İranın dörd dronu Azərbaycanın Naxçıvan eksklavı üzərindən keçərək Naxçıvan Beynəlxalq Aeroportunun terminalını dağıtdı. Bir dron isə Şəkərabad kəndi yaxınlığındaki məktəb binasının yanına düşdü. Dörd mülki vətəndaş yaralandı.

Sadə bir səhvdən söhbət belə gedə bilməz. Prezidentin cavabı da göstərirdi ki, bəzi qüvvələr Azərbaycana mesaj verib və bu, böyük bir mesajdır.
Lakin bu mesajı kimin göndərdiyi sualı bir o qədər sadə cavab tələb etmir. Azərbaycanın son iki ilin hadisə xronologiyasına baxanda aydın olur ki, bu ölkə bir neçə güclü aktorun fərqli məqsədlər uğrunda eyni vaxtda həm istifadə etməyə çalışdığı, həm də hədəf aldığı bir məkana çevrilib.
Günün əsas sualı da məhz budur: Azərbaycanı İran cəhənnəminə kim itələyir?
CNN-in Azərbaycana iftira atan materialından sonra ölkəmiz əleyhinə bütün cəbhələrdə hücumlara start verildi. Bu cəbhələrin ortaq maraqları Bakıya psixoloji hücum təşkili olsa da, ayrı-ayrılıqda həmin cəbhələr hazırda bir-birini raket atəşi altında darmadağın etməkdədirlər.

Başlayaq bu detaldan...
Bakı dərhal CNN-in iddialarını təkzib etdi. Lakin diqqətəlayiq bir detal odur ki, məqalənin müəlliflərindən biri İsrail rəsmiləri ilə birbaşa əlaqəsi olan CNN-in İsrail bürosunun müxbiri Tal Şalevdir. Bu, “sızma”nın İsrail rəsmiləri tərəfindən təşkil edildiyini göstərə bilər.
Təl-Əvivin bu feyki yaymağı niyə istədiyi maraqlı bir sualdır. CNN-in bu xəbəri yayımlamasına imkan verməklə israillilər Bakıdakı rəsmiləri son dərəcə çətin vəziyyətə salmağı hədəflədilər: Azərbaycan İranla yeni bir gərginlik mərhələsinin başlanmasına və ABŞ–İsrail koalisiyasına cəlb olunmasına səbəb ola biləcək risklə üz-üzə qalmasına səbəb olsun. Halbuki Bakı məhz belə bir prosesdən kənarda lap əvvəlcədən verdiyi açıqlamalara dayandığını görə bilərik.
Azərbaycan ənənəvi olaraq Rusiya, Türkiyə, İsrail və İran kimi bir neçə əsas aktor arasında münasibətlərini balanslaşdırmağa və neytral görünüşünü qorumağa çalışıb.
Bakının İranla açıq qarşıdurmaya ehtiyacı yoxdur. Bu reallıq Türkiyənin mövqeyində də aydın şəkildə əks olunur: hətta Ankara belə mart ayında Naxçıvan hava limanına edilən dron hücumunu təxribat kimi qiymətləndirmişdi.
Bu arada, İran Tehranla qonşuları arasında gərginliyi artırmağı hədəfləyən daha çox təxribatın baş verəcəyi barədə açıq şəkildə xəbərdarlıq etmişdi. Görünür, bu yeni mərhələnin ilk belə təxribatı artıq baş verib - İsrailin təhriki ilə Amerika mediasında gündəmə gətirilən bu hadisə şəklində.
Bəs, əsas maraqlı məsələ, İran mediasında nə baş verir?
İran parlamentinin üzvü Əbülfəzl Zöhrəbənd bildirib ki, əgər İran belə bir qərar versə, Azərbaycan Respublikasını 3 saat ərzində məhv edə və onu İran Azərbaycanına bağlı bir vilayətə çevirə bilər.

Daha neytral və jurnalistik üslubda isə belə vermək olar:
İranlı deputat Əbülfəzl Zöhrəbənd iddia edib ki, İran istədiyi təqdirdə Azərbaycan Respublikasını qısa müddətdə hərbi baxımdan məğlub edərək onu İran Azərbaycanına bağlı inzibati vahidə çevirə bilər.
Qeyd edim ki, bu, deputatın şəxsi bəyanatıdır və İran dövlətinin rəsmi mövqeyi kimi qəbul edilmir. Bəs, bu, necə ola bilət ki, İran kimi bir ölkədə belə məsuliyyətsiz sözü deputat kimi rahat deyə biləsən və bu, dövlətin mövqeyi kimi anlaşılmasın.
“Nə gözləyirsən? Bakını artıq indidən bombala.”
CNN materialından sonra İran hakimiyyətinə bağlı yüzlərlə sosial media hesabından Bakıya hücuma dair paylaşımlar tirajlanmağa başladı.
Əsas sual: Bəs İran Azərbaycanı vura bilərdimi, yaxud niyə vurmadı?
1. Azərbaycan güclü orduya malikdir,
2. İranla quru sərhədini bölüşür,
3. Türkiyə ilə möhkəm münasibətlərə sahibdir
4. İranda milyonlarla azərbaycanlı yaşayır.
5. Körfəz ölkələri isə bunların heç birinə malik olmadıqları üçün daha asan hədəf hesab olunurlar.
Başqa sözlə, Bəsrə körfəzi ölkələrinin İranı təsir etmək imkanı yoxdur. Üstəlik, həmin ölkələr arasında real hərbi-siyasi gücə malik olan yeganə dövlət Səudiyyə Ərəbistanıdır. Azərbaycan isə İranla quru sərhədinə malikdir ki, bu da nəzəri baxımdan hər hansı quru əməliyyatını və ya xeyli asanlaşdırır.
İkincisi, bölgədə böyük layihələr reallaşmaq üzrədir. Azərbaycan müharibənin gedişində İrana humanitar dəhliz açaraq ölkəni faktiki olaraq aclıqdan xilas etdi.
Digər tərəfdən Zəngəzur dəhlizi bölgəni dəyişdirəcək və açılması qaçınılmaz reallıqdır.
Lakin, bu reallıqda İranın yaxın dostu, qonşusu və qohumu Ermənistan yer alır. O İranın düz qulağının dibinə NATO və Amerika əsgərlərini doldurub, yeri gəlmişkən, CNN Culfadan Təbrizə 100 km məsafəni ölçməkdənsə, Mehridən Təbrizə olan 70 km-dənb bəhs etməsi daha real görünərdi, halbuki qardaşlar arasında məsafənin ölçüsü olmaz.
Üçüncüsü, İrəvanda keçirilən paradda verilən İran silahları kimə güc göstərişi olduğunu da yəqin rahat təxmin edə bilərik.

Güneydən Qüzeyə karvanlar gedir, min illərdir, bizim torpaqlar yolların tən ortasında yerləşir. Dünya bu coğrafiyanın imkanlarına möhtacdır, güllə səslərinə deyil və o, bir daha olmayacaq.
Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı