Asimmetrik güc nədir və necə ölçülür? – Özündən güclü dövlətlərə necə qalib gəlmək olar...
Təhlil
06.04.2026 17:19
Müasir hərbi toqquşmalarsa klassik cəbhə qarşıdurmaları öz yerini daha mürəkkəb və proqnozlaşdırılması çətin olan qarşıdurma metodlarına verir. Xüsusilə son dövrlərdə "asimmetrik güc" faktoru ön plana çıxır.
Son hadisələrdə İranın asimmetrik gücündən bəhs olunur. ABŞ iddia edir ki, o, İranın bu gücünə bələddir.

Bəs asimmetrik güc, əslində, nəyi ifadə edir və bir dövlətin bu potensialı hansı meyarlarla ölçülür?
Sözügedən məsələni TodayPress TV-yə şərh edən BDU-nun müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Bahar Hüseyn bildirib ki, assimmetrik güc, assimmetrik müharibə ifadələrini ilk dəfə Endryu Mak “Nəyə görə böyük dövlətlər kiçik müharibələri uduzur” məqaləsində istifadə edib:

“Assimmetrik güc dedikdə söhbət təkcə hərbi gücdən deyil, həm də qeyri-hərbi aspektlərdən gedir: məsələn, partizan müharibəsi, terror aktları, psixoloji həmlələr, müxtəlif ölkələrdə qeyri-hökumət hərəkatları və qruplaşmaları ilə tərəfdaşlıq və s.
Konkret İranla bağlı bunları isə demək olar: İran hakimiyyəti üçün müharibəni uduzmaq onun məhvi deməkdir. Ona görə də onlar hər şeyi etməyə — ölkə daxilində partizan müharibəsi aparmağa, ölkədən kənarda proksi qüvvələrin (Həmas, “Hizbullah”, husilər və s.) köməyi ilə terror aktları törətməyə, hətta kütləvi qırğın silahlarından (kimyəvi, bioloji və s.) istifadə etməyə hazırdırlar”.
Ekspert İranın bütün bunları bilərək qonşu ölkələri qorxu içində saxladığını, onlara qarşı psixoloji həmlələr etdiyini deyib:
“Ölümü gözə almış İran hakimiyyəti nə ölkənin dağılmasından, nə də kütləvi qırğınlardan qorxaraq total müharibəyə gedir. Güclü dövlət (ABŞ) isə bunu edə bilmir. O, yalnız məhdud (qısa müddətli) müharibə apara bilər, çünki bu onun üçün ölüm-dirim savaşı deyil”.
Qiymət Mahir
tag: Bahar Hüseyn,Siyasi elmlər üzrə fəlsəfə doktoru,Asimmetrik güc,Cəbhə,Todaypress.tv,
