Sabah bakının bir hissəsinin qazı KƏSİLƏCƏK
Sabah saat 09:00-dan Bakının Yasamal və Nəsimi rayonlarının, Səbail rayonunun böyük hissəsinin, Binəqədi rayonunun 9-cu və 6-cı mikrorayonlarının, Vorovski və Xutor yaşayış massivlərinin, Sulutəpə və Xocasən qəsəbələrinin və Biləcəri qəsəbəsinin bir hissəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
TodayPress TV bu barədə Azbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, buna səbəb SOCAR-ın "Qaz İxrac" İdarəsinin yeni çəkdiyi kəmərin mövcud yüksək təzyiqli magistral kəmərə birləşdirilməsidir.