Şəkidə istirahət mərkəzində faciə: Ölənlərin kimliyi məlum oldu - FOTO

Şəkidə istirahət mərkəzində faciə: Ölənlərin kimliyi məlum oldu - FOTO
09.09.2026 09:03 Sosial

"Şəki yaylası"nda əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində iki nəfər həlak olub. Hadisə nəticəsində ölən şəxslərin kimliyi məlum olub.

TodayPress TV Oxu.az-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində Qax rayon sakinləri – 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov həyatını itirib.

İlkin məlumata əsasən, faciə istirahət mərkəzindəki əyləncə qurğusunun trosunun qırılması nəticəsində baş verib.

Məlumata görə, Coşqun Məmmədov Bakıdan Şəkiyə istirahət məqsədilə gəlib. O, Qax rayonunun Zərnə kənd sakini olub.

Hadisə zamanı həlak olan 27 yaşlı Ucal Bayramovun isə DOST Agentliyinin əməkdaşı olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və qurğunun texniki vəziyyəti araşdırılır.

TodayPress TV

XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər