“20 Yanvar” stansiyasında dünyaya gələn körpəyə xüsusi sertifikat verildi

“20 Yanvar” stansiyasında dünyaya gələn körpəyə xüsusi sertifikat verildi
14.08.2025 16:16 Sosial

Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında dünyaya gəlmiş körpəyə xüsusi sertifikat verilib.

TodayPress TV xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, bu gün körpə Respublika Klinik Xəstəxanasından evə buraxılıb.

Metropoliten əməkdaşları xəstəxanadan çıxan körpə və anasını qarşılayıb, ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ verən sertifikat və simvolik hədiyyələr təqdim ediblər.

XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər