Səhiyyə nazirliyinin rəhbər heyəti Zərifə Əliyevanın məzarını ziyarət etdi
Siyasət
28.04.2026 11:25
Səhiyyə naziri Teymur Musayev və nazirliyin rəhbərliyi Fəxri xiyabanı ziyarət edib.
TodayPress TV xəbər verir ki, ziyarət zamanı Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarları önünə gül dəstələri qoyulub.
Zərifə xanım Əliyevanın anadan olmasından 103 ili münasibətilə əziz xatirəsi ehtiramla yad edilib.
Həmçinin, ziyarət zamanı görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub.
tag: Səhiyyə naziri,Teymur Musayev,Fəxri xiyaban,Ziyarət,Todaypress.tv,
