Sabiq diplomat: “Tehranı Azərbaycandan ayırmaq doğru deyil”

Siyasət

10.01.2026 14:18

“Son günlər Güney Azərbaycanın davranışı diqqət mərkəzindədir. Bəziləri deyir ki, Tehranda baş verənlərin bizə aidiyyəti yoxdur. Digərləri isə bildirir ki, Azərbaycan istəsə, bütün İranı dəyişdirə bilər. Amma bunun necə baş verəcəyi izah edilmir. Bu, maksimalist və qeyri-real yanaşmadır. Digər tərəfdən, Güney Azərbaycanda repressiyaların insanları taqətdən saldığı da reallıqdır”. 

Azərbaycanın İrandakı sabiq səfiri, professor Nəsib Nəsibli  bunu TodayPress TV-yə  müsahibəsində bildirib. 

Sabiq diplomat qeyd edib ki, etirazlar fonunda yanvarın 7-də Təbriz bazarının bağlanması və Tehrandakı hadisələrə dəstək verilməsi çox önəmlidir.

“İnciklik və nifrət var, amma siyasətdə emosiyalarla deyil, hesabla hərəkət etmək lazımdır. Rejimin getməsi üçün birlik vacibdir. Tehran əhalisinin ən azı 60 faizi türkdür. Tehranı Azərbaycandan ayırmaq doğru deyil”. 

Qiymət Mahir

TodayPress TV

tag: Nəsib Nəsibli,Professor,Səfir,Müsahibə,Todaypress.tv,