Prezident və xanımı MDB Oyunlarının açılışında şəhid övladları ilə görüşdü

Prezident və xanımı MDB Oyunlarının açılışında şəhid övladları ilə görüşdü
28.09.2025 22:31 Siyasət

III MDB Oyunlarının Gəncədə keçirilən açılış mərasimində Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva iştirak ediblər. 

TodayPress TV xəbər verir ki, tədbir çərçivəsində dövlət başçısı və xanımı əvvəlcə Vətən müharibəsi zamanı Gəncəyə edilən raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxınlarını itirmiş, həmçinin, həmin hücumlarda xəsarət almış uşaqlarla görüşüblər. 

Prezident İlham Əliyev görüş zamanı şəhid övladları ilə xüsusi olaraq maraqlanıb və Nilay adlı uşaqla səmimi salamlaşıb.  Sonra birlikdə açılışa baxıblar.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər