Prezident: Bu gün ölkəmizdə qazlaşma 96 faizə çatıb

Siyasət

12.01.2026 15:32

"Biz qazlaşma məsələlərini böyük dərəcədə həll etmişik. Bu gün ölkəmizdə qazlaşma 96 faizə çatıbdır".

TodayPress TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı və Abşeron yarımadasında su təchizatına dair müşavirədə deyib.

"Mən bunu deməklə yaşayış məntəqələrini yox, əhalini nəzərdə tuturam. Əhalinin 96 faizi bu gün təbii qazla təchiz edilib. Bu da son 20 il ərzində aparılan infrastruktur layihələri arasında xüsusi yer tutan məsələdir. Çünki vaxtilə bizim qaz təchizatımız daxili tələbatı ödəməyə imkan vermirdi. Biz qazı da xaricdən idxal edirdik və böyük çətinliklərlə üzləşirdik. Bu gün isə dünyanın 10-dan çox ölkəsi, - bu ölkələrin sayı ildən-ilə artır və bu il də yeni ölkələr bu siyahıya daxil ediləcək, - Azərbaycan təbii qazını alıb öz enerji təhlükəsizliyini gücləndirir", - Prezident qeyd edib.

TodayPress TV

tag: Prezident İlham Əliyev, Su təchizatına dair müşavirə,Bakı və Abşeron yarımadası,Qazlaşma,