Kuba Prezidenti Azərbaycan liderini təbrik etdi

Kuba Prezidenti Azərbaycan liderini təbrik etdi
25.05.2026 15:31 Siyasət

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

TodayPress TV xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri cənab Prezident.

Ölkənizin milli bayramı münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

İki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi naminə fəaliyyətimizi davam etdirmək əzmimizi bir daha təsdiqləyirəm.

Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm".

TodayPress TV

XƏBƏR LENTİ
25 IYUN 2026
Bütün Xəbərlər