Kəmaləddin Heydərovdan yeni təyinat

Siyasət

30.04.2026 00:07

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə yeni rəis müavini təyin edilib.

TodayPress TV "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Cahangir Sadıqov sözügedən vəzifəyə gətirilib.

Qeyd edək ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov vəzifəsindən azad olunaraq, nazirin müavini təyin olunub. Agentliyin rəis müavini Bəxtiyar Tağıyev isə qurumun rəisi vəzifəsinə gətirilib. 

Xəbəri FHN-dən təsdiqləyiblər.

tag: FHN, Təyinat,Kəmaləddin Heydərov,Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, todaypress.tv,